Elm

Elm

təbiət və cəmiyyətin inkişafındakı qanunauyğunluqları və obyektiv aləmə təsiri üsullarını meydana çıxaran biliklər sistemi və bu biliklərin ayrıca sahəsi

Bilim ya elm obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir.

Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır.

Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir:

  • elmi əməyin bölünməsi və birliklərinin yaranması;
  • elmi müəssisələr, sınaq və laborator avadanlıqları;
  • elmi-tədqiqat işlərinin metodları;
  • dərketmə və kateqoriya aparatı;
  • elmi informasiya sistemi;
  • əvvəldən toplanmış bütün biliklər məcmusu.

Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə “alim” deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər.

https://az.m.wikipedia.org/wiki/Elm